Çəkik gözlü, yoxsa?
Yalnız Çinlilərin deyil, Yaponların, Orta və Cənub-şərqi Asiyada yaşayanların hətta Eskimosların belə gözləri çəkikdir. Əslində 'çəkik gözlü' olmaq tərifi qətiliklə səhvdir. Göz quruluşu dünyada bütün insanlarda eynidir. Fərqi yaradan yalnız göz qapaqlarıdır.
Çəkik gözlü deyə xarakterizə edilən irqlərdə gözün üzərindəki göz qapağının ikinci qıvrımı, gözün üstünə doğru daha çox enmişdir və bu vəziyyət gözün sanki daha darmış kimi görünməsinə səbəb olur. Yaxşı bu, nə üçün belədir?
Bir nəzəriyyəyə görə göz qapağının üzərində dayanan ikinci qıvrım, bu insanların gözlərini sıx olan qar təbəqəsinin göz qamaşdıran işığından qorumaq üçün bir cür qar gözlüyü kimi inkişaf etmişdir.
Ardı →